Tağı Əhmədovun vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi


“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.
O, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib.

Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.
(unikal)