Hatayda təəccübləndirən mənzərə: yalnız nərdivan salamat qaldı - VİDEO


Hatayda dünən axşam saatlarında 3 dəqiqə fasilə ilə baş verən 6,4 və 5,8 ballıq zəlzələlərdə daha əvvəl zədələnmiş bir çox bina dağılıb.
Dağılan binalardan yalnız Mustafa Kamal Universiteti Memarlıq Fakültəsi qonaq evinin yanğın nərdivanı dağılmayıb.

Sözügedən hadisə  ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb.
Nərdivanın metaldan olduğu üçün zəlzələyə tab gətirdiyini deyənlər binanın dağılmasını tikinti zamanı keyfiyyətsiz materiallardan inşa edilməsi ilə əsaslandırıb.