Masallıda məktəb direktoru mənimsəmə və dələduzluqda ittiham olunur


Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Masallı rayon prokurorluğundan verilən məlumata görə, istintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 min 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.