Müəllimlərin nəzərinə: yeni tələb...


“Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək”.
Bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O qeyd edib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib:
“Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənnlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.