Bakıda muzeydəki simvol narazılıq doğurdu: "Niyə bunu sökmürlər?" - FOTO


Azərbaycanda muzey binasının üzərində sovet dövrünün simvollarının olması müzakirələrə səbəb olub.
Bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım ediblər.

İstiqlal Muzeyinin yerləşdiyi binanın üzərindəki oraq-çəkic simvolunun hələ də qalması, vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı İstiqlal muzeyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, muzeyin yerləşdiyi Muzey Mərkəzinin binasına aid olan bir məsələdir.
Məsələ ilə bağlı Muzey Mərkəzindən açıqlama almağa çalışsaq da, bizdən saytımızın əlaqə nömrəsini götürərək, yazılanları rəhbərliyə çatdıracaqlarını, daha sonra cavab verəcəklərini söylədilər.
Sözügedən mövzuda tənqid hədəfi olan tərəflərdən biri də Mədəniyyət Nazirliyi olduğu üçün adıçəkilən quruma da sorğu ünvalanıb.
Billurə Yunus