Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış Gömrük Akademiyasının tələbələri Dövlət Gömrük Komitəsində işlə təmin ediləcək.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının "Cyber 360" kibertəhlükəsizlik tətbiq laboratoriyasının açılış mərasimində bildirib.
Onun sözlərinə görə, elektron ticarət sürətlə inkişaf etdiyi bir dövrdə kibertəhlükəsizliyə daha böyük önəm verilir:
"DGK də hər zaman kibertəhlükəsizlik məsələsini diqqətdə saxlayır: "Bu məqsədlə Akademiyada da kibertəhlükəsizliklə bağlı ixtisas açılıb. Artıq bu ixtisaslarda oxuyan tələbələrlə Komitə rəhbərliyi görüşlər keçirib".
Komitə sədrinin müavini bildirib ki, DGK rəhbərliyi onların ixtisas hazırlığından razıdırlar.
O qeyd edib ki, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış tələbələr Dövlət Gömrük Komitəsində işlə təmin ediləcək: "Kibertəhlükəsizlik sahəsində ixtisaslara peşəkar kadrların hazırlanmasına tələbatın artdığı bir dövrdə biz Akademiyanın özünün hazırladığı kadrları cəlb edəcəyik".
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “Cyber 306” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (Infraskope SIEM++, Dataskope – Database Activity Monitoring and Prevention, Infraskope Screen Recorder) "Karmasis" kibertəhlükəsizlik məhsullarındanı istifadə etmə və beləliklə, kritik sistemlərə nəzarət etmə imkanı verəcəkdir.
Tələbələr Infraskope SIEM++ vasitəsilə Windows, Linux, şəbəkə cihazları, proqram serverləri və s. kimi mənbələrdən gələn log məlumatlarını idarə etməyi, DATASKOPE məhsulunun vasitəsilə kritik verilənlər bazası sistemlərinə girişlərin və yerinə yetirilən dəyişikliklərin gözlənildiyi, planlaşdırıldığı və arzu edildiyi kimi olmasını təmin etməyi, Infraskope Screen Recorder proqram təminatı vasitəsilə isə kritik serverlərdə və ya iş stansiyalarında baş verən əməliyyatları mərkəzləşdirilmiş şəkildə rekord edib saxlamağı öyrənəcəklər.