“Türkiyədə baş verən dəhşətli zəlzələ ciddi problemləri ortaya çıxarıb. Bildiyiniz kimi Göygöl və onun ətrafındakı digər göllər məhz Gəncədə baş verən zəlzələ nəticəsində yaranıb. Artıq mütəxəssislər yenidən Gəncədə və digər bölgələrdə zəlzələ baş verəcəyi barədə proqnozlar verirlər. Allah göstərməsin ki, belə bir hadisə olacağı zaman hansı faciələr yaşanacağını göz önünə gətirmək belə dəhşətdir. Çünki çoxmərtəbəli binalar ciddi təhlükə mənbəyidir”.
Bunu deputat Naqif Həmzəyev parlamentdə çıxışı zamanı deyib.
Deputat insanların zəlzələyə davamlı binalarda yaşamasını təmin etmək üçün çoxmərtəbəli binaların tikilməsinin qadağan edilməsini təklif edib: "Binalar 5 mərtəbədən yüksək olmamalıdır".