"Turan Bank" biznesmen müştərilərini - İTİRİB


Kommersant.az xəbər verir ki, “Turan Bank” biznesmen müştərilərini itirib. Bankın son hesabatına görə, banka əmanət yerləşdirən fiziki şəxslərin depozitləri 1 il ərzində 70 milyon 273 min manat və ya 27.3% artaraq 327 milyon 904 min manata yüksəlib. Amma hüquqi şəxslərin bankdakı əmanəti 58 milyon 451 min manat və ya 36.6% azalaraq 101 milyon 370 min manata enib. Beləliklə, bank biznesmen müştərilərini əlində tuta bilməyib.
TuranBank 2022 (IV Rüb) 2021 (IV Rüb) Fərq
Depozit 429.274 417.452 11.822
Fiziki şəxslərin depozitləri 327.904 257.631 70.273
Hüquqi şəxslərin depozitləri 101.370 159.821 -58.451
“Turan Bank”ın Azərbaycan Mərkəzi Bankına (qısaca – AMB) olan borcu da 1 il ərzində 6 milyon 494 min manat artaraq 113 milyon 747 min manata yüksəlib. Bu da “Turan Bankı” AMB-yə borcunu artıran 4 bankdan biri edib.

Kommersant.az