Borrell: Qəzzada humanitar fasilənin elan olunmasını dəstəkləyənlərin sayı artır


Qəzzaya yardımın çatdırılmasına icazə vermək üçün humanitar fasilənin elan olunmasını dəstəkləyənlərin sayı artır.
AzBaku.org xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "X" hesabında bildirib.
"Nyu-Yorkdan xoş xəbərlər gəlir. Bazar ertəsi Aİ-nin Xarici Əlaqələr Şurasında apardığımız müzakirələrə uyğun olaraq Avropa İttifaqında Qəzzaya yardımın çatdırılmasına icazə vermək üçün humanitar fasilənin elan olunmasına dəstək artır. Bütün mülki insanların həyatı bərabər şəkildə vacibdir və mülki şəxslər qorunmalıdır", - Borrell deyib.