Tacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olub


Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.
Müdafiə Nazirliyindən Azbaku.org-yə verilən məlumata görə, nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.
Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Tacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olubTacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olubTacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olubTacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olubTacikistanın müdafiə naziri Azərbaycanda hərbi hissədə olub