UNEC-də Zəfər Gününə həsr olunan “Breyn rinq” intellektual yarışı keçirilib.
Universitetdən AzBaku.org-yə verilən xəbərə görə, Rəqəmsal Könüllülər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarışın açılışında çıxış edən tələbələrlə iş üzrə prorektor dos. Səadət Qəndilova Zəfər tariximizdən danışıb və yarış barədə məlumat verib. Bildirib ki, 11 fakültənin iştirak etdiyi intellektual yarışda komandalar işğaldan azad olunmuş rayonların adları ilə təmsil olunurlar. Sualların əsasən Azərbaycan tarixi ilə bağlı olduğunu diqqətə çatdıran prorektor, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra 11 fakültəni təmsil edən 11 komanda qələbə uğrunda bilik mübarizəsi aparıb. 3 mərhələdən ibarət olan, iştirakçıların maraq və həyəcanla izlədikləri “Breyin rinq”ın finalında UNEC SABAH-ın “Cəbrayıl” komandası ilə Maliyyə və Mühasibat fakültəsinin “Laçın” komandası qarşılaşıblar. Finalda Maliyyə və Mühasibat fakültəsi qələbə qazanıb. SABAH fakültəsi II yerin, Biznes və Menecment fakültəsinin “Ağdam” komandası isə III yerin sahibi olub.
Sonda qaliblərə diplom, kubok və hədiyyələr təqdim edilib.