Uşaqların internat müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılsa da, hələ də bu müəssisələrdə uşaqların sayı bizi narahat edəcək dərəcədədir.
AzBaku.org xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.
"Alternativ qayğı müəssisələrinin sayının artırılmasına ehtiyac var".