Rusiya Xəzər "beşliyi" formatında fəal quruculuq işlərinə sadiqdir.
AzBaku.org APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrov Xəzər əməkdaşlığı üzrə qurumlararası komissiyanın ilk iclasında deyib.
Xəzəryanı ölkələrin birgə işi bütün Avrasiya məkanında təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təmin olunması işində vacib amildir. Bizim işimiz Xəzərdə Rusiyanın çoxtərəfli maraqlarının reallaşdırılması məqsədi ilə səylərin effektivliyini, regionun ticarət-iqtisadi, nəqliyyat, elmi, humanitar potensialının necə artırmağın mümkünlüyünə baxmaqdan ibarətdir”, - Rusiya XİN başçısı vurğulayıb.