İsrail Müdafiə Qüvvələri (The Israel Defence Forces - IDF) ötən gecə İordan çayının qərb sahili bölgəsinin şimal hissəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 4 nəfəri öldürüb.
AzBaku.org xəbər verir ki, bu barədə Fələstinin rəsmi “Wafa” xəbər agentliyi məlumat yayıb.
Öldürülən şəxslərin arasında Fələstinin “İslami Cihad” təşkilatının yerli qruplarından birinin səhra komandiri Ayser Mohammad Al-Amer olduğu bildirilib.
Həmçinin əlavə edək ki, "The Times of İsrael" nəşrinin yazdığına görə, İsrail Müdafiə Qüvvələri tərəfindən məlumat rəsmi şəkildə təsdiqlənib.