Arif Məmmədov Dövlət Dəniz və Liman Agentliyinin sədri vəzifəsindən azad edilib


Arif Baloğlan oğlu Məmmədov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
AzBaku.org xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.