Qəzza zolağında öldürülən fələstinlilərin sayı 7 703 nəfərə çatıb


İsrailin hücumları nəticəsində Qəzza zolağında ölən fələstinlilərin sayı 7 700 nəfəri keçib.

Azbaku.org xəbər verir ki, bu barədə Fələstin Dövlətinin səhiyyə naziri Mai al Kaila bildirib.

Öldürülən 7703 nəfərdən təxminən 70 faizi uşaqlar, qadınlar və qocalardır.
Nazirin sözlərinə görə, Yaxın Şərqdə HAMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Qəzzada 19 minə yaxın insan yaralanıb, minlərlə insan hələ də dağıntılar altında qalıb.