Rusiya MN: Qara dəniz üzərində Ukraynanın 36 PUA-sı məhv edilib


Hava hücumundan müdafiə sistemləri Qara dəniz və Krım üzərində Ukraynanın 36 pilotsuz təyyarəsini məhv edib.

Azbaku.org xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

“Oktyabrın 29-na keçən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Qara dəniz və Krım yarımadasının şimal-qərb hissəsi üzərində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatını məhv edib” – məlumatda deyilir.