MDSS haqları hesabına verilən müavinətlərin proqnozu açıqlanıb



2024-cü ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 181,58 mln manat məbləğində nəzərdə tutulur.
AzBaku.org xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Rəydə bildirilib ki, bu da 2023-cü ilin təsdiqlənmiş proqnozuna nisbətən 6,56 % və ya 11,18 mln manat çoxdur.