Nazir: Universitetilər üçün sənayedə nəyin baş verdiyini başa düşmək çox önəmlidir
"Bu gün universitetlətimizdə çatışmayan əsas məsələ düzgün sualın qoyulmasıdır. Yəni, nəyi axtarırıq. Elə tədqiqatın da əsasını bu təşkil edir".
AzBaku.org xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu sualları verə biləcək kifayət qədər savadlı insanların olduğuna inanır:
"Ali təhsil müəssisələrində peşəkar kadrlarımız var. Sadəcə onları doğru yönəltmək lazımdır. Bu gün universitetilərimiz üçün sənayedə nəyin baş verdiyini başa düşmək çox önəmlidir. O cümlədən də, sənayedə universitetlərdən necə faydalana biləcəkləri barədə düşünməlidir".