Prezident İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfər edib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak edəcək.
Toplantı dekabrın 13-də keçiriləcək.