Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Gəncə Regional Mərkəzində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün maarifləndirmə tədbiri keçirilib.
Nazirlikdən AzBaku.org-yə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Gəncə Tibb Kollecinin əməkdaşları və “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər iştirak edib.
Tədbirin nəzəri hissəsində Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarx nümayiş etdirilib.
Sonra tədbirin praktiki hissəsinə start verilib. Şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra tədbir iştirakçılarının təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, "yanğınla" mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına zərərçəkmişin xilas edilməsi və ilkin tibbi yardım nümayiş olunub.
Sonda xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib.
Qeyd edilib ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.