Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov vəzifəsindən ayrılıb.
AzBaku.org xəbər verir ki, bu barədə o, sözügedən vəzifədən ayrılması barədə özünün sosial media hesabında məlumat paylaşıb.


Mədəniyyət Nazirliyi AzBaku.org-yə Vüqar Hümbətovun vəzifəsindən ayrılmasını təsdiqləyib. Onun yerinə bu vəzifəyə Sara Timovora təyin edilib. O əvvəllər İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini vəzifəsində çalışıb.