Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
AzBaku.org APA-ya istinadən xəbər verir ki, bu barədə o, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı sammitində çıxışı zamanı deyib.
"Biz İƏT ölkələri olaraq turizm proqramlarının genişləndirməliyik, bu potensialımızdan istifadə etməliyik", - o deyib.
Özbəkistan dövlət başçısı İƏT-ə üzv ölkələrin turizmlə bağlı dövlət qurumlarının birgə məsləhət komitəsinin yaradılmasını təklif edib. O deyib ki, bu məsləhət şurasının ilk iclasında da Özbəkistan ev sahibliyi edə bilər.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sammitdə çıxışında bildirib ki, vacib sahələr üzrə ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir: Biz İƏT-ə sədrliyimiz dövründə iqtisadi dəhlizlərin yaradılması istiqamətində işləməyi təklif etmişik. Ölkələrimiz arasında ticarət həcminin artırılması vacibdir. Avrasiya əlaqələnmə dəhlizinin gücü aşkardır və onun vacibliyi artmaqdadır. Biz bu istiqamətdə sıx işləməliyik. Türkmənistan regionlar və ölkələr arasında əlaqələnməyə, nəqliyyat dəhlizlərinin yaradılmasına önəm verir."
Türkmənistan dövlət başçısı deyib ki, onun ölkəsi İƏT-ə üzv ölkələrin bəziləri ilə ortaq enerji layihələrində iştirak edir: "Bu sahədə qarşılıqlı fəaliyyətimizi genişləndirməyə dəvət edirəm".
Türkmənistan dövlət başçısı deyib ki, onun ölkəsi təbii qaz ixracını artırmağa hazırdır.