Kiyevə “İsgəndər” raketi atılıb


Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.
AzBaku.org UNİAN-a istinadən xəbər verir ki, 52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub.

Məlumata görə, raket şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.