Azərbaycan nefti ötən həftə 4%-dən çox ucuzlaşıb
Ötən həftə ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 86,966 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 4,25 dollar və ya 4,66% azdır.
"AzBaku.org - Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 90,71 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 85,02 dollar səviyyəsində olub.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.
Emin İsmayılov