Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə 6-10 noyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Radiasiya Təhlükəsizliyi üzrə Məlumatların İdarəedilməsi Sisteminin (RASIMS) milli koordinatorları üçün seminar keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AzBaku.org-yə verilən xəbərə görə, tədbirdə nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev iştirak edib.
Tədbirdə hər bir ölkə üzrə RASIMS sisteminin Tematik Təhlükəsizlik Sahələrinə dair geniş müzakirələr aparılıb.