AÇG-də dərin layların işlənilməsi layihəsinin icrası təfərrüatları açıqlanıb


Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2024-cü ilin sonunda başlanacağı gözlənilir.
Bu barədə “AzBaku.org - Economics” neft-qaz bazarındakı məlumatlı mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, dərin laylardan qaz hasilatına yataqda artıq mövcud platformadan, orada zəruri modernləşdirmə işləri aparıldıqdan sonra başlanılacağı gözlənilir.
Eyni zamanda, mənbənin sözlərinə görə, dərin qazın işlənməsi ilə bağlı AÇG layihəsi üzrə tərəfdaşlar arasında danışıqlar davam edir. Xüsusilə, əsas müzakirə mövzularından biri də dərin qazın işlənməsinin hansı müqavilə əsasında (köhnə və ya yeni) həyata keçirilməsidir.
Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb. Hazırda AÇG-nin dərin qaz laylarının potensialını öyrənmək məqsədilə quyudan əldə olunmuş məlumatın təhlili aparılır.
Buna baxmayaraq, mənbə hasiların “Çıraq” platformasından həyata keçiriləcəyini nə təsdiq, nə də ki təkzib edib.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.


Emil İsmayılov