Gürcüstan XİN Ukraynada Rusiyanın iki gürcünü əsir götürməsini təsdiqləyib
Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynada Rusiya tərəfindən iki Gürcüstan vətəndaşının əsir götürülməsini təsdiqləyib.
AzBaku.org - un Tbilisi müxbiri xəbər verir ki, məsələ ilə əlaqədar Gürcüstan XİN bəyanat yayıb.
Qurumun bəyanatında qeyd olunub ki, Gürcüstan tərəfi öz vətəndaşlarının hüquqlarının qorunması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla bütün mümkün beynəlxalq mexanizmlərdən istifadə edəcək.
Səid Babazadə