Qazilərə sanatoriya yollayışları üçün qanunvericiliyə dəyişiklik təklif edilib



Qazilərə sanatoriya yollayışlarının verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir.
AzBaku.org xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Səttar Möhbalıyev bildirib ki, sanatoriya yollayışları işləyənlər üçün nəzərdə tutulur, lakin işləməyənlər üçün belə bir imkan yoxdur.
Deputat yollayışlarla bağlı prosedurların da uzun olduğunu qeyd edib. Həmçinin bildirib ki, sanatoriya yollayışları üçün büdcədən ayrılan vəsait azdır: "Həmkarlar İttifaqının 1 milyon 500 min üzvü var. Hər il tərxis olunanlar da 5-6 min nəfərdir. Digər tərəfdən , müharibə dövründə qazilərin sayı artıb".
Komitə sədri Musa Quliyev isə işləməyən şəxslərə sanatoriya yollayışının verilməsinin tərəfdarı olmadığını bildirib.