Musa Quliyev: Dövlətin İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin hamısına mənzil vermək imkanı var



Dövlətin İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinin hamısına mənzil vermək imkanı var.
AzBaku.org xəbər verir ki, bunu əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, Birinci Qarabağ müharibəsi qaziləri və şəhid ailələrindən mənzil növbəsinə dayananların hamısına mənzil verilib: “Onlardan kim 2014-cü ildən sonra mənzil növbəsinə dayanıbsa, 2025-ci ilin sonuna qədər mənzillə təmin ediləcək. İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinin hamısına dövlətin mənzil vermək imkanı var”.