"Sədərək" gömrük postundan rüşvətlə dərman keçirilməsinə görə 2 əməkdaş həbs olunub


"Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayət işi başlanılaraq istitaq aparılır.

AzBaku.org - un Naxçıvan bürosu xəbər verir ki, həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 ( külli miqdarda törədildikdə ) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.