"Rusiyanın növbəti prezidenti “eynən” Vladimir Putin kimi olmalıdır" - Peskov



Rusiya 10 ildən sonra daha müdrik, güclü və zəngin olacaq.

AzBaku.org "lenta.ru"ya istinadən xəbər verir ki, bu sözləri dövlət başçısının mətbuat katibi Dmitri Peskov YouTube-da yayımlanan “MGIMO 360” tələbə informasiya kanalına müsahibəsində deyib.
Kremlin sözçüsü əmindir ki, Rusiyanın növbəti prezidenti “eynən” Vladimir Putin kimi olmalıdır.
Peskov jurnalistin sualına cavab olaraq deyib: “Rusiya daha güclü, daha müdrik və zəngin olmalıdır və olacaq”.
Mətbuat katibi ondan 10 ildən sonra nə olacağını soruşduqda sadəcə qocalacağını açıqlayıb.
Bildirək ki, “MGIMO 360” Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universitet) saytında tələbə məlumat kanalıdır.