Türkiyənin “Pegasus” aviaşirkəti 82 reysi ləğv etdi



Türkiyənin “Pegasus” aviaşirkəti 82 reysi ləğv edib.

AzBaku.org “Haber Global”a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, reyslərdən 44-ü bu gün, 38-i sabah üçün nəzərdə tutulub.
Qərara səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.
Ləğv olunan reyslərin sayının artacağı istisna edilmir.
Xatırladaq ki, dünən, noyabrın 17-də Türk Hava Yolları da eyni səbəbdən 40 reysi ləğv etmişdi.