Zəngəzur dəhlizi ilə bağlı işlər aparılır



Zəngəzur dəhlizi istiqamətində gömrük xidmətlərinin fəaliyyətini təkmilləşdirmək üçün Ağbənddə yeni keçid məntəqəsinin layihələndirilməsi işləri aparılır. Daha sonra isə tikinti işlərinə başlanılacaq”. 
AzBaku.org xəbər verir ki, Redaktor.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistərə açıqlamasında bildirib.
Ş.Bağırov qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və inkişafı istiqamətində Azərbaycan dövləti tərəfindən mütəmadi işlər görülür:
“Gömrük xidməti olaraq proseslərin içərisindəyik. Zəngəzur dəhlizində və o istiqamətdə işlər gedir. Keçid məntəqələrinin inkişafı üzrə işlər aparılır. Yeni layihələndirmə işləri görülür və növbəti mərhələdə tikinti işlərinə başlanılacaq.
İşğaldan azad olunmuş Qubadlı rayonunda yerləşən “Eyvazlı” gömrük postunun yenidən fəaliyyət göstərməsi ölkələrarası ticari münasibətlərdən asılıdır. Gələcəkdə Azərbaycanda yerləşən bütün keçid məntəqələrinin imkanlarının artırılması istiqamətində dövlət siyasəti əsasında iş aparacağıq”. (qafqazinfo)