“Abzas media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.
AzBaku.org xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.
O bildirib ki, Sevinc Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.
Qeyd edək ki, ötən gün "Abzas Media" saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkarlanıb. Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.