“Qanuni oğru”nun 720 mənzili dövlətə təhvil verildi
Qırğız “qanuni oğru”nun 720 mənzili könüllü olaraq dövlətə təhvil verilib.
AzBaku.org xəbər verir ki, bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.
Kriminal dairələrdə Kamçı Asanbek kimi tanınan “qanuni oğru Kamçı Kolbayevə məxsus 720 mənzil onun ailə üzvləri tərəfindən könüllü olaraq dövlətə verilib. Həmin evlərin dövlət ipotekası yolu ilə vətəndaşlara satılacağı planlaşdırılır.
Həmçinin əlavə olunub ki, müxtəlif tikililər, torpaq sahələri, sahibkarlıq subyektlərindəki paylar və yüzlərlə avtomobili də təhvil verilib.
Xatırladaq ki, mütəşəkkil cinayətkar dəstənin başçısı Kamçı Kolbayevə ötən ayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə xüsusi əməliyyat zamanı həbs olunarkən silahlı müqavimət göstərib və öldürülüb.