Lavrov: ABŞ öz QHT-lərini Mərkəzi Asiyada aktiv şəkildə yeritməyə çalışır
“Qeyri-hökumət təşkilatları (QHT) ideyasını öz təsir alətləri kimi irəli sürən ABŞ onları postsovet məkanında, xüsusən də Mərkəzi Asiyada fəal şəkildə yeritməyə çalışır”.
AzBaku.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı deyib.
O xatırladıb ki, Birləşmiş Ştatlar “minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onlardan yüzlərləsi postsovet məkanında işləyir, xüsusən Ermənistanda, xüsusən də Qırğızıstanda”, - o deyib.
O qeyd edib ki, bir çox fondlar “Amerika bürokratiyasının bir hissəsi olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə 90% maliyyələşir və büdcədən pul alırlar”.
Onların “xətti bu qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdəki proseslərə birbaşa təsir göstərməkdir”, - nazir vurğulayıb.