İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub



İmişlidə pambıq qəbulu məntəqəsində yanğın olub.

AzBaku.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xubyarlı kəndində pambıq qəbulu məntəqəsinin ərazisində 299 ton pambığın 3 tonu yanıb. Pambığın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.