KİV: Paşinyan MDB liderlərinin görüşündə iştirakla bağlı yekun qərar verməyib
Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib.
Azbaku.org "İnfoport"a istinadən xəbər verir ki, Baş nazirin ofisindən bildirilib ki, Paşinyan hazırda iştirakla bağlı qərar qəbul etməyib.
"Sessiya yaxınlaşan kimi, Baş nazir qərar verəcək. Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur", - mənbə sayta qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Paşinyanın dekabrın 25-i və 26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının İqtisadi Şurasının və MDB liderləri Şurasının iclasında iştirak edəcəyi barədə məlumat yayılıb.