SOCAR altı ayda dövlətə 644 mln. manat vəsait köçürüb


30 iyun 2023-cü il tarixində başa çatan altı ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hökumətə 644 milyon manat pul vəsaiti köçürülüb.
“Azbaku.org” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə çoxdur. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində SOCAR tərəfindən hökumətə 219 milyon manat köçürülmüşdü.
Qeyd edək ki, bu dövrdə köçürülən vəsait Azərbaycan Respublikasında istirahət, nəqliyyat, təhsil və tibb infrastrukturunun təmiri, tikintisi və yenidən qurulması üçün istifadə edilib.
Əlavə edək ki, hökumətin qərarlarına əsasən, SOCAR-dan vaxtaşırı olaraq birbaşa nağd qoyuluşlar etmək və ya Hökumət üçün aparılan tikinti və təmir işlərini maliyyələşdirmək (o cümlədən aktivlərin köçürülməsi) tələb olunur.