Hesablama Palatasında media nümayəndələri üçün təlim keçirilib


Azərbaycan Respublikası Hesablama Palatasının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyasına uyğun olaraq dövlət maliyyəsinin idarəedilməsi sahəsində media nümayəndələrinin peşəkarlıq səviyyəsinin və məlumatlılığının artırılması məqsədilə təlimlər keçirilib.
AzBaku.org-nin xəbərinə görə, təlimlərin keçirilməsində məqsəd Hesablama Palatasının dövlət maliyyəsinin idarəedilməsində rolu, büdcə prosesində iştirakı və rəylərində qeyd edilən əsas məqamlar, kənar dövlət maliyyə nəzarəti fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərmək və ictimaiyyətə dolğun informasiya çatdırmasından ibarətdir.

Təlimlərdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Hesablama Palatasında media nümayəndələri üçün təlim keçirilib