Qəzzada İsrail ordusunun polkovniki ölüb


İsrail ordusu Qəzza zolağında apardığı quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.
AzBaku.org İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar arasında 44 yaşlı polkovnik İshaq Ben-Basat da var.

Ben-Basatın “Qolani” briqadasının baş qərargah rəisi olduğu bildirilir. Onunla yanaşı, həmin briqadanın 19 yaşlı çavuşu Oren Aloni də ölüb.
Ümumilikdə, İsrailin HAMAS-la qarşıdurması zamanı 444 İsrail hərbçisi ölüb.