Azərbaycanla Serbiya arasında diplomatların ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlbinə dair saziş təsdiqlənəcək


Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi daxil olub.
AzBaku.org-nin xəbərinə görə, layihə bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihə parlamentin plenar iclaslına tövsiyə edilib.