Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb.
AzBaku.org xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, gələn il Cəbrayıl və Qubadlı rayonlarında da modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılır.