Borrell: Genişlənmə Aİ-nin ən vacib xarici siyasət mexanizmidir


Genişlənmə Avropa İttifaqının (Aİ) ən vacib xarici siyasət mexanizmidir.
AzBaku.org xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel Aİ Şurasının Brüsseldə keçirilən bu günkü iclasından öncə deyib.
O, Ukrayna, Gürcüstan və Balkan ölkələri ilə bağlı düzgün qərar qəbul etməyin çox vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Aİ Şurası bu gün və sabah ittifaqın genişlənmə paketini və bu çərçivədə Gürcüstana namizəd ölkə statusunun verilməsini müzakirə edəcək.