Amerikada ağır yol qəzası baş verib, 22 yaralı var - VİDEO

Arxadan gələn yük maşını avtobusa çırpılıb

ABŞ-ın Florida ştatında yol-nəqliyyat hadisəsi baş verib. AzBaku.info "Report"a istinadən xəbər verir ki, bu barədə "ABC Action News" telekanalı ştatın yol polisinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə Haylends daitəsində qeydə alınıb. Belə ki, avtobusun sürücüsü məktəbliləri mindirmək üçün nəqliyyat vasitəsini saxlayıb. Bu zaman arxadan gələn yük maşını avtobusa çırpılıb. Hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.