Binəqədidə ev yanıb


Bakının Binəqədi rayonunda 1969-cu il təvəllüdlü Yəhyahev Yəhya Qeybulla oğluna məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Azbaku.org xəbər verir ki, yanğın Binəqədi qəsəbəsi, 2-ci mədən adlanan ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən avtomobili cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.