Moskvada qarla əlaqədar sutkalıq rekord qeydə alınıb
Moskvada qarla əlaqədar sutkalıq rekord qeydə alınıb.
Azbaku.org-nin “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, dekabrın 17-də Moskvada qarın hündürlüyü 38 sm təşkil edib.
Bu, meteoroloji tədqiqatların aparıldığı dövr ərzində 17 dekabr tarixlərində qeydə alınan ən yüksək qar hündürlüyüdür.
Bundan əvvəlki rekord 1941-ci ildə qeydə alınıb. Həmin il dekabrın 17-də Moskvada qarın hündürlüyü 36 sm olub.