Bakıda bağçada uşaq yıxılaraq ağır xəsarət alıb.
AzBaku.info Report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli Körpələr Evi-Uşaq bağçasında 2013-cü il təvəllüdlü Ələkbərli Əli Hikmət oğlu nəzarətsiz qalaraq pilləkənlərdən yıxılıb. O, bədənin müxtəlif nahiyələrindən ağır xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.