Putin prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
Vladimir Putin Rusiya prezidenti postuna namizədliyini irəli sürülmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Azbaku.org xəbər verir ki, Putin özü bu gün MSK-ya gəlib və dövlət başçısı vəzifəsinə namizəd kimi sənədlərini quruma təqdim edən ilk namizəd olub.
Qeyd edək ki, Rusiya hakim Vahid Rusiya Partiyasının qurultayı Putinin prezidentlik postuna namizədliyini yekdilliklə dəstəkləyib. Bununla belə, Putin dövlət başçısı postuna partiya mənsubu kimi deyil, müstəqil namizəd kimi namizədliyini irəli sürüb.
Rusiya Federasiyasında prezident seçkiləri gələn il martın 15-dən 17-dək keçiriləcək.